Fındıq Azərbaycana milyonlar gətirə bilər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fındıq Azərbaycana milyonlar gətirə bilər

Dünya fındıq istehsalının 75%-ini həyata keçirən Türkiyənin, 8 aylıq müddətdə 184 min 734 ton fındıq ixrac etdiyi bildirilib.

Qara dəniz Fındıq və Məmulatları İxracatçıları Birliyi (KFMİB) İdarə Heyətinin Sədri Edib Sevinc, etdiyi yazılı açıqlamada, Sentyabr ayında başlayan 2015-2016 fındıq ixrac dövründə 8 ayın geridə qaldığını bildirib.

Türkiyənin 2015-2016 ixrac mövsümünün Sentyabr-Aprel dövründə 184 min 734 ton fındıq ixracı həyata keçirdiyini ifadə edən Sevinc, bunun qarşılığında isə 1 milyard 750 milyon dollar valyuta daxilolmasının təmin olunduğunu deyib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü yerdədir. Azərbaycanda yetişdirilən “Ata-baba” fındıq növü öz qida keyfiyyətinə görə dünya bazarında özünəməxsus yer tutur. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2014-cü ildə 30 min ton fındıq yığılıb. Azərbaycanın fındıq ixracı barədə isə dəqiq rəqəm yoxdur. Olsa belə, Azərbaycana fındıq ixracından valyuta daxilolması çox aşağıdır.

Türkiyənin fındıq ixracı rəqəminə və Azərbaycanın bu sahədə imkanlarına baxdıqda, diqqət daha da artırılarsa fındıqdan böyük valyuta gəlirləri əldə edə biləcəyimizi deyə bilərik.

marja.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top