MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

FIFA

FİFA: DÇ-2018-in mükafat fondu 400 milyon dollar olacaq

FİFA 2018-ci il futbol üzrə Dünya çempionatının keçirilməsi üçün 1,948 milyard dollar investisiya qoymağı planlaşdırır.

Bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş maliyyə hesabatında bildirilib.

Vəsaitin ən böyük hissəsi – 627 milyon dolları (32 %) oyunların təşkilinə sərf ediləcək. Turnirin mükafat fondu isə 400 milyon dollar (22 %) təşkil edəcək. Teleyayım məsələlərinə 241 milyon (12 %), futbolçuları mundialda çıxış edəcək klublara 209 milyon (11 %), digər xərclər üçün isə 211 milyon dollar (11 %) vəsait ayrılacaq.

Qeyd edək ki, 2018-ci il Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top