
Feysbukdan yenilik: Sahibkarlar müştəri mesajlarını daha tez cavablayacaqlar
Feysbuk Messenger tətbiqinə yeni funksiya əlavə edib. Yeniliyə görə, artıq istifadəçilər şəxsi və biznes hesabları arasında asanlıqla keçid edə biləcəklər.
Bununla sahibkarlar müştəri mesajlarına daha sürətli cavab vermək imkanını qazanacaqlar. Əvvəllər isə sahibkarlar şirkət adından müştərilərə cavab vermək üçün Page Manager tətbiqini yükləməli olurdular.
Feysbuk yeniliyi pandemiya və işgüzar məhdudiyyətlərə görə, şirkətlərə edilən müraciətlərin sayının artması ilə izah edib.
Bildirilib ki, yeni funksiya hələlik yalnız iOS əməliyyat sistemi üçün əlçatandır. Yaxın vaxtlarda isə Android üçün versiyasının hazırlanması planlaşdırılır. ted.az
BƏNZƏR MƏQALƏLƏR
“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək
Economic: Telekommunikasiya sahəsində yüksək səviyyəli xidmət və müasir həllər təklif edən “Eurodesign” şirkətinin təşəbbüsü ilə […]
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 […]
Startaplar niyə uğursuz olurlar? – 5 əsas səbəb
Statistikaya görə yaranmış 10 startapdan 9-u elə ilk ildə uğursuz olur və fəaliyyətin dayandırır. Bunun […]