
Feysbuk yüzlərlə ekstremist hesabı bağlayıb
Feysbuk ABŞ-dakı iğtişaşlarda iştirak edən ekstremistlərlə əlaqəli yüzlərlə hesabı blok edib.
Economic.az TED.az istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Xüsusilə də, Feysbuk sosial şəbəkəsində 220 hesab bağlanıb, Instagramda isə 95 hesab Boogaloo hərəkəti ilə əlaqədar bağlanıb.
Şirkətdən verilən məlumata görə, bu hesablar mülki şəxslərə, polislərə, vəzifəli şəxslərə və dövlət qurumlarına qarşı zorakılığın təbliğatını aparıb.
Bundan əlavə, bu hərəkətlə əlaqəli olmayan, lakin oxşar məzmunun yerləşdirilməsində iştirak edən daha 500-ə yaxın hesab bağlanıb.
ABŞ-dakı iğtişaşlar həbs zamanı afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]