
Fermerlərə 200 min manatadək güzəştli kredit verilməsi nəzərdə tutulur
Aqrar sahənin inkişafı üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir.
Mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sahibkarlarla görüşündə xidmət rəisi Mirzə Əliyev bildirib.
Xidmət rəisi qeyd edib ki, kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək qarşıda duran vəzifələrdən biridir.
Vurğulanıb ki, ilin sonunadək dövlət xidməti tərəfindən fermerlərə minimum 1000 manat, maksimum isə 200 min manat kredit verilməsi nəzərdə tutulur. Gələcəkdə daha böyük həcmdə kreditlərin verilməsi də planlaşdırılır.
BƏNZƏR MƏQALƏLƏR
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək
Economic: 2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. […]
Fermerlərin diqqətinə: Birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu davam edir
ECONOMİC: Bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası […]
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan-Türkiyə “Qardaşlıq bağı” salınıb
ECONOMIC: Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə […]