MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

fermer

Fermerlər məhsuldarlıq və qiymətlərdən razıdır.

Tovuzda turp yığımına başlanıb. Ötən illə müqayisədə məhsuldarlıq da, qiymətlər də təsərrüfatçıların ürəyincədir.

Sahələrdən yığılıb, kiçik su hövzələrinə gətirilən turp burada yuyulub bağlamalara vurulur. Rayonun bu sahədə ixtisaslaşan Hunanlar kəndində sakinlərin əksəriyyəti turp əkininə böyük maraq göstərir. Səbəb isə əkinin az zəhmət tələb etməsi, eyni zamanda, kifayət qədər gəlir gətirməsidir. Toxumun səpildiyi vaxtdan cəmi 40 gün müddətinə qırmızı turp yetişib bazarlara çıxarılır. Bəzən, bu müddət qış mövsümlərində iki aya qədər uzanır. Elə buna görə də tərəvəzin bu növünü qırxgünlük turp da adlandırırlar.

Təsərrüfat sahibi Ramiz Tağıyev bildirib ki, məhsuldarlıq ötən illə müqayisədə bu il daha yaxşıdır. Elə hazırkı qiymətlər də yaxşıdır. Belə ki, bir dəstə turp ötən il 20-25 qəpiyə satılırdısa, indi 30-35 qəpik arasında dəyişir. Bir dəstədə isə təxminən 25 ədəd turp olur.

Qeyd edək ki, qırmızı turpdan, əsasən, salatların hazırlanmasında istifadə olunur. Bu tərəvəzin ağ rəngli növü də geniş istifadə edilir. Qırmızı turpun orqanizmə, xüsusən də, mədə-bağırsaq sisteminə müsbət təsiri var. Qan dövranını yüksəldən, immuniteti artıran əsas tərəvəz məhsullarından biridir.

Azərtac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top