Fermerlər “Aqrolizinq”ə ödəmələrini terminallar və saytlar vasitəsilə də edə bilərlər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fermerlər “Aqrolizinq”ə ödəmələrini terminallar və saytlar vasitəsilə də edə bilərlər

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair ödənişlərin daha rahat və asan şəkildə həyata keçirilməsi məqsədilə “ASAN ödəniş” sisteminə inteqrasiya aparılıb. Fermer bizim xidmətlərə görə öhdəliklərini ölkə üzrə bütün “E-manat”, “MilliÖn” ödəniş terminallarında və “Asanpay.az”, “E-pul.az”, “Potrmanat.az” saytları vasitəsilə rahat şəkildə yerinə yetirə bilər.

Bunu açıqlamasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov deyib.

Onun sözlərinə görə, “Aqrolizinq” ASC-nin filialları rayon mərkəzindən kənarda yerləşir və hər dəfə fermerlər qurumun xidmətlərindən yararlanarkən ödəniş etmək üçün kifayət qədər məsafə qət edərək banklara getməli olurdular. Hazırda filiallarda əlavə ödəniş terminallarının quraşdırılması üzrə işlər aparılır və artıq 17 rayon üzrə bu işlər tamamlanıb. Bu da öz növbəsində fermerə imkan yaradır ki, vaxt itkisi olmadan, uzun növbə gözləmədən, filialdan ayrılmadan ödəniş edib məhsulu ala bilsin.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top