Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib

Bakı, 13 iyul, AZƏRTAC

Norveçin Bude şəhərində 11 ölkədən “Gimnastika hamı üçün” növünün təmsilçisi olan 1250 gimnast həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”i tədbirində bir araya gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılış mərasimində Avropa Gimnastikasının prezidenti, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Tədbirin əsas məqsədi gimnastikanın birləşdirici gücünü nümayiş etdirmək, eləcə də yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq hər kəsin bu idman növündə özünü sınaya biləcəyini göstərməkdir.

“Challenge”də iştirak edən bütün komandalar medal və diplomlarla təltif edilir. Turnirdə milli komandanın üzvləri də çıxış ediblər. Tədbir çərçivəsində F.Qayıbov Azərbaycan idmançıları ilə görüşüb və onlara uğurlar arzulayıb.

Azərbaycan gimnastları “Challenge”in ardınca, iyulun 14-18-də baş tutacaq “EUROGYM 2024” tədbirində də iştirak edəcəklər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top