Fərid Əliyev: Ən çox tələb olunan məhsul məhz “Butalı” qalstuklardır. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fərid Əliyev: Ən çox tələb olunan məhsul məhz “Butalı” qalstuklardır.

Economic-in “Müştəri məmnuniyyəti” layihəsinin növbəti müsahibi “İnnab Ties” şirkətinin rəhbəri Fərid Əliyevdir.
Fərid bəy Sizi xoş gördük. Bilirik ki, yerli qalstuk brendi İnnab Ties ilk dəfə Azərbaycan məhsulu kimi yüksək keyfiyyətli qalstuk, saat və baboçkaların satışı ilə məşğuldur.

Brend nə zaman yaranıb, missiyanız nədir?

Salam. Əvvəlcə onu bildirim ki, İnnab Ties bir il öncə yaranıb. Əslində idea daha öncələrdən var idi. Və sadəcə gedişatın tamamlanmağı bir il öncə oldu və fəaliyyətə başladıq.
Bəli məhsullarımızın böyük əksəriyyəti Azərbaycan istehsalıdır və handmadedir.

Qeyd edək ki, xüsusilə rəsmi geyimlərin imzası sayılan qalstuk illərdir öz statusunu qoruyur. Bəlkə də hər kişinin qarderobunda ən az bir ədəd də olsa yer alan qalstukın yaranması haqqında əsasən maraqlı faktlar qeyd olunur.
Bu sahənin peşəkarı kimi Siz daha yaxşı bilərsiniz, qalstuk nə zaman, necə olaraq yaranıb? maraqlı faktları Sizdən bilək.

Qalstukun tarixinə gəldikdə isə bu birbaşa fransız ordusunda xidmət edən Xorvat əsilli əsgərlərdən gəlir. Bildiyiniz kimi xorvatların milli aksesuarları qalstukun bənzəridir və hətta fransız dilindəki “cravate” , Türk dilindəki kravat sözü də Xorvat sözündən əmələ gəlib.

Belə bir statistikaya rast gəldik – Hər il dünyada 800 milyona yaxın qalstuk satılsa da, hələ də kişilərin əksəriyyəti öz qalstuklarını özləri bağlaya bilmirlər. Ümumiyyətlə deyilənə görə qalstuk bağlamağın 100-dən çox bilinən qaydası var.
Bu barədə fikirlərinizi bilmək istərdik.
Ümumiyyətlə Müştəriləriniz sizə qalstuku düzgün bağlamaqla bağlı qaydaları soruşurlarmı?

Bəli , əsslində bu qəribə səslənsə də qalstuk istifadəçilərinin 20-30% faizi öz qalstuklarını təəssüf ki, bağlaya bilmir.
Qalstuk bağlamağın 100 ə yaxın növü var ancaq bunların ən rahat və sürətli növü düz bağlama yoludur. Qalstuk bağlaya bilməyənlərə gündəlik istifadə üçün bu növü öyrənməyi məsləhət görürük.

Bir Azərbaycan brendi kimi məhsullarınızı xaricə ixracla bağlı düşünürsünüzmü?

Bəli tam bu günlərdə bunun müzakirəsini edirik, əslində bəzi online platformalar üzərindən Amerika Birləşmiş Ştatlarına satış həyata keçiririk ancaq yaxın günlərdə bunu daha geniş miqyaslı etməyi düşünürük.

Hansı növ kolleksiya qalstukları istehsal edirsiniz?

Satışını həyata keçirdiyimiz birneçə kolleksiyamız var. Bunlar “Buta” , “Luxuru”, “Klassik”, “Milli Naxışlı” kolleksiyalarıdır.
Ölkəmizdə Ən çox hansı stildə olan qalstuklara tələbat var?

Ən çox tələb olunan məhsul məhz “Butalı” qalstuklardır.

Məhsullarınızın satışını necə təşkil edirsiniz?

Məhsulların satışını adresə çatdırılma ilə onlayn həyata keçiririk və regionlardan istək olduqda Azərpoçt vasitəsi ilə çatdırırıq.

Fərid müəllim, maraqlı açıqlamalar üçün Sizə təşəkkür edirik. İşləriniz uğurlu olsun!

Minnətdaram! Müsahibəniz üçün təşəkkür edirəm

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top