MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

fao

FAO Azərbaycanda veterinar laboratoriyanın inkişafına 350 min dollar ayıracaq

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO gələn ay Azərbaycanda yeni layihələrin həyata keçirilməsinə başlayacaq.

Bunu FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib. Onun sözlərinə görə, söhbət 3 yeni layihədən gedir: “Bunlar dayanıqlı qoyunçuluğun inkişafı və dəri zəncirinin yaradılması (1), maldarlığın inkişafı, suni mayalanma və embrion köçürmə, heyvan bəslənməsinin daha da yaxşılaşdırılması (2), kartof toxumçuluğun daha da inkişaf etdirilməsi (3) layihələridir. Onların büdcəsi 4 mln. dollardır. Azərbaycan hökuməti Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə maliyyələşməni həyata keçirəcək”.

M.Çakmak əlavə edib ki, əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda fındıqçılığın inkişafı ilə bağlı da layihənin reallaşdırılması nəzərdə tutulub. “Bundan başqa, veterinar laboratoriyaın diaqnostik gücünün inkişafı ilə bağlı layihə həyata keçiriləcək. Bu, yeni qurulan Qida Təhlükəsizliyi Agentliyi üçün vacib məsələdir. Layihəni FAO maliyyələşdirəcək. Bu məqsədlə təxminən 350 min ABŞ dollarının ayrılması nəzərdə tutulub”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top