MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

facebook

“Facebook”un mənfəəti 10,2 milyarda çatıb

2016-cı ilin yekunları üzrə “Facebook”un xalis mənfəəti təqribən 18 faiz artaraq 10,2 milyard dollara çatıb.Şirkətin mədaxili 54 faiz artaraq 27,6 mlrd. dollara çatıb, o cümlədən reklam gəlirləri 57 faiz artaraq 26,9 mlrd. dollar təşkil edib.
Ötən ilin IV rübündə “Facebook”un xalis mənfəəti təqribən 13 faiz artaraq 3,6 mlrd. dollar, mədaxili 51 faiz artaraq 8,8 mlrd. dollar, o cümlədən reklam gəlirləri 53 faiz artaraq 8,6 mlrd. dollar təşkil edib.
“2016-cı il bizim biznesimiz üçün yaxşı oldu, lakin biz insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün hələ çox iş görməliyik”, – deyə şirkətin təsisçisi və rəhbəri Mark Zukerberq bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top