Ezamiyyə xərci hansı hallarda məcburi dövlət sosial sığorta haqqına cəlb edilir? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ezamiyyə xərci hansı hallarda məcburi dövlət sosial sığorta haqqına cəlb edilir?

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, faktiki ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib.

Qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda işçiyə faktiki ezamiyyə xərclərinin əvəzi müvafiq təsdiqedici sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.

Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda isə həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top