
Evimizdə “WI-FI” üçün quraşdırılan qurğuda CİDDİ TƏHLÜKƏ AŞKARLANDI
Almaniyanın Fraunqover İnstitutunun alimləri evdə “WI-FI” üçün nəzərdə tutulmuş marşrutlayıcıların təhlükəsizliyini qiymətləndiriblər.
Economic.az bildirir ki, Lent.az “ICTnews”a istinadən xəbər verir, hər bir qurğunun təhlükəsizlik sistemində onu kiberhücumlar qarşısında dayanıqsız edən ən azı bir boşluq aşkar edilib.
Tədqiqat çərçivəsində 7 populyar brendin 127 modeli araşdırılıb: “Asus”, “AVM”, “D-Link”, “Linksys”, “Netgear”, “TP-Link” və “Zyxel”. Nəticə ürəkaçan deyil. Demək olar ki, bütün sınaqdan keçirilmiş routerlər düzəldilməyən boşluğa malikdir və “Linux” sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyir.
Son il ərzində 46 marşrutlayıcıdan heç biri təhlükəsizlik yeniləməsi almayıb. Ən pis vəziyyətdə qurğular 5 ildən çox müddətdə yenilənməyib və yüzlərlə boşluq aşkar edilib.
Bu halda yeni proqram təminatı çıxaran bir çox şirkətlər kritik boşluqları aradan qaldırmır. Başqa sözlə, istifadəçi proqram təminatının ən son versiyasını quraşdırdığı halda belə routerdə təhlükəsizlik problemi həll edilmir.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]