Estoniya parlamentinin nümayəndələri “ASAN xidmət”də
2 noyabr 2021-ci il tarixində Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 47 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Həmçinin qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində görülmüş işlər barədə qısa təqdimat edilib. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Qonaqlar Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]