Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq
Ankara, 26 iyun, AZƏRTAC
Müasir çağırışlar Türkiyəni eyni zamanda bir çox cəbhədə cinayətkarlığa qarşı durmağa məcbur edir. Təkcə son bir ildə hüquq-mühafizə orqanları və ordu tərəfindən bölgədə 43 min 765 əməliyyat keçirilib, ümumilikdə 1045 PKK terrorçusu məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, cinayətkarlıqla mübarizədə Türkiyə hərbi-sənaye kompleksinin son nümunələrindən istifadə edilir ki, bu da qanlı təşkilatların fəaliyyət çərçivəsini daraldır, terrorçuların sıralarına yeni silahlıların axınını dayandırır.
“Yayda terrorizmlə mübarizədə əhəmiyyətli nəticələr əldə etməyə yönəlmiş yeni, daha genişmiqyaslı əməliyyatlar həyata keçiriləcək”, – deyə siyasətçi əmin edib.
Türkiyə Prezidenti Fətullah Gülən Terror Təşkilatının (FETÖ) yaratdığı təhlükəyə də diqqət çəkərək, təkcə son bir ildə 5827 əməliyyat keçirildiyini, bu əməliyyatlar çərçivəsində FETÖ ilə əlaqəsi olan 9350 şübhəlinin saxlanıldığını qeyd edib.
“Kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanlarının birgə səyləri ilə il ərzində Türkiyədə 603 mütəşəkkil cinayətkar qrupun fəaliyyəti aşkar edilərək qarşısı alınıb”, – deyə Türkiyənin lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyənin iqtisadiyyatına, turizminə, ticarətinə və xalq diplomatiyasına zərər vurmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]