Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib
Ankara, 19 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Ermənistanın şimal rayonlarında ötən günlərdə baş vermiş sel fəlakəti ilə bağlı Nikol Paşinyana başsağlığı verib.
Hər iki lider Türkiyə-Ermənistan münasibətlərin ilkin şərtsiz tam şəkildə normallaşdırılması istiqamətində siyasi iradənin mövcudluğunu vurğulayıb.
Telefon danışığı zamanı xüsusi nümayəndələr səviyyəsində danışıqların davam etdirilməsinin vacibliyi qeyd olunub, indiyədək razılaşdırılmış məsələlər təsdiq edilib.
Liderlər həmçinin, Türkiyə və Ermənistanın yüksək səviyyəli dövlət rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər.
Telefon danışığında regional və beynəlxalq proseslər də müzakirə predmeti olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]