MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

enerji gomruk idaresi

Enerji Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib

Enerji Gömrük İdarəsində iş adamları ilə növbəti görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, gömrük-biznes əməkdaşlığı mövzusunda keçirilən görüşü İctimai Şura təşkil edib.

Xatırladaq ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin “Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması” haqqında sərəncamına əsasən təsis olunub.

Görüşdə Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimov Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib. Gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, elektron gömrük xidmətləri haqqında məlumat verilib.

Sonra iş adamları biznes fəaliyyətləri barədə məlumat veriblər.

Sonda xarici iqtisadi fəaliyyət iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları cavablandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top