MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

48f702b6-f56f-4f19-9f59-9314ebd5005e

Ən bahalı tablo HƏRRACDA

Məşhur İspan rəssamı Pablo Pikassonun “Pəncərədə oturan qadın (Marie-Therese)” adlı rəsm əsəri Nyu-Yorkda Çristies tərəfindən təşkil edilən hərracda 103,4 milyon dollara satılıb. Economic.az xəbər verir ki, 1932-ci ilə aid olan tablo 19 dəqiqə davam edən hərrac iştirakçılarının mübahisəli mübarizəsi sonunda yeni alıcısını tapıb. 90 milyon dollara satılan tablonun xərcləri və komisyonları ilə birlikdə 103,4 milyon dollar olaraq qeyd edilib. Ölçüləri 1,46 və 1,14 metr olan tablo 55 milyon dollara satışa çıxarıldı. Bu tablo 8 il əvvəl Londonda əvvəlki sahibi tərəfindən 44,8 milyon dollara satın alınmışdı.

Xatırladaq ki, rəssam Pablo Pikassanın 1881-1973-cü illər arasında çəkdiyi, bu günə qədər yaşamış beş əsəri 100 milyon dollardan çox satılıb. İspan sənətkarın “Les femmes dalger” (Cezayir qadınları) əsəri İspaniyada 2015-ci ildə 179,4 milyon dollara satılmışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top