
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanda
Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaş amilinə əsaslanan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Məmmədli kəndi olacaq. Belə ki, sakinlər 30 iyul – 3 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Məmmədli kəndi, Əli Bayramov küçəsi 30 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərində daşınmaz əmlakla bağlı bütün növ qeydiyyat xidmətlərindən faydalana bilərlər.
Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Saray qəsəbəsində, V.Axundov küçəsi, 28 ünvanında vətəndaşlara xidmət göstərir. Bu kampaniya 27 iyuladək davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
Bakıda ötən ay kirayə mənzillərin qiyməti ucuzlaşıb.
Economic .Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində […]
Mənzil necə özəlləşdirilir?
Mənzilin özəlləşdirilməsi – vətəndaşların dövlət mənzil fondunda könüllü əsaslarla tutduqları yaşayış sahələrinin onların mülkiyyətinə verilməsidir. […]
Bakıda güzəştli mənzillərin satışı başladı – Qiymətlər açıqlandı
Xəbər verildiyi kimi Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan […]