MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

e-cixaris

Əmlak çıxarışları telefona göndərilir – DAHA BİR YENİLİK

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır. Komitənin bununla bağlı açıqlanan hədəflərinə görə, qeydiyat xidmətləri əhaliyə dahada yaxınlaşmalıdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas prinsip – vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında olması qəbul edilib. Komitədən verilən məlumata görə, artıq bu istiqamətdə yeni yanaşmalar və layihələr reallaşdırılır.

Komitədən Economic.az saytına verilən məlumata görə, mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində verilməsidir.

Digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir. Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həmadikompüter, həmdə mobiltelefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını electron kabinetdən telefona yükləmək və istifadə etmək olar.

Ümumiyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarınında hasürətli verilməsi nəşəraityaradır ki, buda biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.

Əmlakın qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.

Komitənin elan etdiyi yeni iş prinsipidə artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Beləki, “kütləviçıxarış” və «mobilofis» kampaniyaların da əhali uzaq məsafə qətetmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirəbilir.

Paralel olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərinidə toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhaliarasında sorğular keçirilir, bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top