
Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə 536 şəxsə iş yerlərinə göndəriş verilib
ECONOMİC: Dövlət Məşğulluq Agentliyi sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 536 şəxsə münasib iş yerlərinə göndəriş verib.
Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır. Göndəriş verilən şəxslərlə işəgötürənlər arasında artıq əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar.
Proqramda iştirak üçün bu günədək 71 işəgötürən ilə müqavilə imzalanıb və iş yerlərinə göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
4 gün qeyri-iş günü olacaq
Azərbaycanda bu həftəsonu 4 gün qeyri-iş günü olacaq. Economic.az xəbər verir ki, iyulun 9-u və […]
-
Ağdaşda avtoqəzada polis işçisi ölüb
APA-nın yerli bürosunun xəbərinə görə rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən “VAZ 21011” markalı […]
-
Pensiyası az olan şəxslərin nəzərinə – QANUN
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb. Sənədə əsasən, ölkədə şəxsə […]