Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər icbari tibbi sığortaya cəlb olunurmu? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər icbari tibbi sığortaya cəlb olunurmu?

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənilən müavinətdən icbari tibbi sığorta haqqı tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortaolunan tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Qeyd olunanlara əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top