Əmanətlərin 56,4 faizi milli valyutada qoyulub
Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği sentyabr ayı ərzində 279 milyon manat artaraq 8838,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 56,4 faizi milli, 43,6 faizi isə xarici valyutada qoyulub.
Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,97 (2,03) manata, 100 türk lirəsinə 18,49 (20,87) manata, 100 rus rubluna 2,38 (2,31) manata bərabər olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]