
Elnarə Dərziyeva gənc jurnalistlər yetişdirəcək Media Tədris Mərkəzi yaratdı…
Əməkdar jurnalist Elnarə Dərziyeva Media Tədris Mərkəzi yaradıb.
Mərkəz barədə danışan E.Dərziyeva bildirib ki, qurum elə bu gündən fəaliyyətə başlayıb:
“Mərkəzdə medianın müxtəlif sahələri üzrə kadrlar yetişdiriləcək. Jurnalistikaya sevgisi, həvəsi olanlar peşəkarlığı media klanlarından, məşhur simalardan öyrənəcəklər. Nəzəri biliklərdən çox təcrübəyə üstünlük veriləcək. Qısa müddət ərzində media mənsubu olmaq istəyən hər kəs Tədris Mərkəzinə müraciət edə bilər. Sonda xüsusi fərqlənən tələbələrin işlə təmin olunmasında köməklik göstəriləcək.
Təhsil müddəti 4-6 aydır. Kursu müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunacaq”.
E.Dərziyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1998-ci ildən mətbuatda çalışır. “Bu gün”, “Elçi”, “Yeni Avrasiya”, “Faktor” qəzetlərində, “Lider”, ATV telekanallarında işləyib.
2016-ci “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]