MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

32dfb3f3-dc3b-4598-ba6d-68253ab704f5

Elm sahəsində ATMU – da nələr baş verir

Bu gün Azərbaycan Turizm və Mencment Universitetində (ATMU) ali təhsil ocağının fəaliyyət tarixində ilk dəfə olaraq elm yönümlü işlərin – elmi məqalələrin, magistr, dissertasiya və kafedralar tərəfindən icrası nəzərdə tutulan elmi təqdiqat işlərinin təkmilləşdirilməsi məqsədilə Elmi Metodik Şuranın ilk təsis iclas keçirilib.  Tədbirdən öncə economic.az saytı iclasa sədirlik edən Elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminovla görüşüb. Economic.az, ATMU–da, o cümlədən elmi fəaliyyətin inkişaf planları çərçivəsində nəzərdə tutulan yeniliklər barədə, məlumat verməyi A.Eminovdan xahiş edib.
Anar müəllim sualımıza cavab olaraq bildirib ki, hər bir elm ocağında aparılan elm istiqamətli işlər tutarlı isbatlara söykənməlidir. Bu isə həm elmi yenilik, həm də praktik əhəmiyyətə istnadlı tədqiqatların olmasını tələb edir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi fəaliyyətə başladığı ilk gündən ATMU üçün yeni hədəflər müəyyən etmişdir. Elm istiqamətinə yönəlmiş hədəflərdə əsas tələb elmi yeniliklərin sənaye tələblərinə cavab verən istiqamətli olmasıdır. Bunu nəzərə alaraq ATMU gələcək hədəflərinə istiqamətlənəcək bütün elm yönümlü işlərin – magistr, dissertasiya və kafedraların elmi təqdiqat işlərinin müzakrədən öncə mövzuya uyğun olaraq sənaye mərkəzlərinə rəylərin alınmasına göndərilməsini planlaşdırır. Bu proses məhz Elmi Metodik Şura tərəfindən tənzimlənəcək. Beləki, sənaye mərkəzlərinin seçilməsi yalnız bu şuranın qərarı ilə müəyyən olunacaq. Yalnız bu mərhələni keçmiş və müsbət rəy almış işlərin Elmi Metodik Şurada müzakirəyə çıxarılması mümkün olacaqdır.
Anar müəllim yeni şura daha hansı ilkləri ilə yadda qala bilər?
Bilirsiniz ATMU-da indiyə qədər müdafiə şuralarının olmaması səbəbindən müxtəlif istiqamətli işlərin müdafiəsi sahəsində gecikmələr yaranır. Belə ki, müxtəlif istiqamətlərdə doktarantura pilləsində təhsil alan məzunlarımız növbəlilik səbəbindən ayrı-ayrı müdafiə şuralarında çox vaxt itirirlər. Nəzərə alsaq ki, doktaranturada təhsil alanların 60 fazi öz məzun və əməkdaşlarımızdır. Bu isə ATMU-nun professor- müəllim potensialının təkmilləşdirilməsi məsələsini ləngidir. Bu gün keçirilən iclasın əsas məqsədlərindən biri də məhz ATMU-nun elmi potensialının artırılmasını nəzərə alaraq 3 istiqamətdə – İqtisad elmləri, sosiologiya və sənətşünaslıq istiqamətlərində müdafiə şuralarının alınması üçün Ali Attestasiya Komissiyasına müraciəti ilə əlaqədar Elmi Metodik Şura üzvlərinin iştirakı ilə geniş müzakirəsinin təşkilidir.
Eyni zamanda bugünkü iclasda elmi tədqiqat işlərinin xarici partnyor univesitetlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində müzakirəsi məsələsi gündəmə gətriləcəkdir.
Nüfuzlu elmi nəşrlərdə dərc olunacaq elmi çəkisi yüksək olan və istinadlara söykənən məqalələrin ATMU tərəfindən mükafatlandırılması məsələsidə müzakirə obyektidir.
IMG_20181012_111539
Doktorantura sahəsində son zamanlar müəyyən inkişaf hiss olunsa da, burada da bütün sahələrdə olduğu kimi çatışmazlıqlar müşahidə olunur. Bu çatışmazlıqların birinci səbəbi odur ki, doktorantura ixtisaslarında modifikasiyalar dəyişməlidir. Ümumiyyətlə, həm magistratura, həm də doktoranturada ixtisaslar bir az fərqli istiqamətdə olmalıdır.
Sonda Anar Eminov vaxtın məhdudluğu və iclasın başlanması səbəbindən suallara daha çox vaxt ayıra bilmədiyini, bu məsələlərin daha geniş və qarşılıqlı şəkildə müzakirəsi üçün növbəti görüşün təşkilini təklif etdi.

Müsahibəni aldı economic.az üçün

Elçin Əliyev

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top