MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Əli Əhmədov

Əli Əhmədov: Məqsədimiz odur ki, Azərbaycanda qida təhlükəsizliyi ilə əlaqədar bütün vacib məsələlər öz həllini tapsın

“Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün atılan addımlarda məqsəd ondan ibarətdir ki, bu sahədə problemlər aradan qaldırılsın”. Bu fikri  Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli  Əhmədov bildirib ki, məqsədimiz odur ki, Azərbaycanda qida təhlükəsizliyi ilə əlaqədar bütün vacib məsələlər öz həllini tapsın. Təbii ki, ilk növbədə vətəndaşlarımızın sağlam qida ilə təmin olunması üçün vacib mexanizmlər yaradılmalıdır. Onun sözlərinə görə, bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir.

“Qarşımızda duran digər məsələ isə Azərbaycanda yerli məhsulların xarici ölkələrə ixracı ilə bağlı mexanizmin hazırlanmasıdır. Bütün bunlarla müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik məşğul olacaq. Amma narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidaların idxalı ilə məşğuldurlar. Güman edirəm ki, fəaliyyətə başlayan komissiyamız bunun qarşısını alacaq. Mən istəyərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət də öz rolunu oynasın, dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır”.-deyə, Baş nazirin müavini Əli Əhmədov qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top