
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
Azərbaycanın həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində ölkədə insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb və indi aparılan işlərin məqsədi ərzaq təminatını daha da yaxşılaşdırmaqdır.
Bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu” mövzusunda milli seminarda deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinə mühüm önəm verir: “Qlobal problemlər içərisində ayrı-ayrı ölkələrdə insanların qida çatışmazlığından əziyyət çəkməsi mühüm problemdir. İqlim dəyişikliyi ilə yanaşı, iqtisadi geriləmələr, müharibələr və münaqişələr dünyada ərzaq çatışmazlığına səbəb olur”.
Baş nazirin müavini bildirib ki, Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı ilə əməkdaşlıqdan məmnundur: “Hesab edirik ki, bu əməkdaşlıq kənd təsərrüfatının təkmilləşdirilməsinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək”.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]