MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

elektron imza

“Elektron imza” kartlarından istifadə edənlərin sayı artır

Virtual dünyanın şəxsiyyət vəsiqəsi olan “Elektron imza” kartlarından istifadə edənlərin sayı artmaqda davam edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən il dövlət qurumları üzrə 47 min 532, fiziki şəxslər üzrə 15 min 832, hüquqi şəxslər üzrə isə 13 min 820 “elektron imza” sertifikatı istifadəyə verilib. Ümumilikdə isə, indiyədək Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi “e-imza”ların sayı 42 min 561-ə çatıb.

Cari il aprelin 1-dək olan statistikaya görə, dövlət qurumları üzrə 27 min 282, fiziki şəxslər üzrə 7995, hüquqi şəxslər üzrə isə 7284 “e-imza” sertifikatı istifadəyə verilib.

Qeyd edək ki, ötən il dövlət qurumları tərəfindən sənəd imzalama tranzaksiyaların sayı 3 milyon 160 min 353, hüquqi və fiziki şəxslər tərəfindən imzalama tranzaksiyaların sayı 906 min 334 olub.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top