MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

14920739492893627143_367x266

Eldar Tlyabiçev: Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artacaq

2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollar olub. Bu sözləri aprelin 13- də Bakıda “Qazprombank” SC–nin iştirakı ilə keçirilən Biznes-missiyada Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bildirib.
Onun sözlərinə görə, 2014 və 2015-ci illərlə müqayisədə ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində azalma müşahidə edilib. Hazırda ölkələrimizin iqtisadiyyatı yeni reallıqlara uyğunlaşır. Xüsusilə də investisiya sahəsində canlanma var. “Biz iqtisadiyyatın şaxələndirilməsində və xammaldan asılılığın azaldılmasında maraqlıyıq. Əminəm ki, görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artacaq”, – deyə Eldar Tlyabiçev vurğulayıb.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top