MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Elçin Quliyev

Elçin Quliyev: Azərbaycanda biznes mühitinin formalaşdırlması üçün lazımı tədbirlər davamlı olaraq həyata keçirilir

«Azərbaycanda biznes mühitinin formalaşdırlması üçün lazımı tədbirlər davamlı olaraq həyata keçirilir». Bu fikri Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumu və ƏDV-dən, torpaq və əmlak vergisindən azad olunub. Onun sözlərinə görə, hüquqi şəxslərin mənfəət vergisinin və fiziki şəxslərin gəlir vergisinin 50% güzəştlə ödənilməsi, habelə ixrac subsidiyaları, brendləşmə, regionlarda yaradılan sənaye parkları və sənaye məhəllərinin iqtisadiyyata təsirinin orta müddət dövründə şahidi olacağıq.

«Bununla yanaşı, iqtisadiyyatda məşğul olanların təqribən 40 faizi aqrar sahəyə aiddir və bu sektorun inkişafı vacib məsələlərdəndir. Belə ki, son dövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar intensiv bağçılıq və tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etdirilir. Beləliklə də, yerli biznes mühütünün inkişaf etdirilməsi üçün dövlət stimulverici tədbirlər həyata keçirir»- deyə, E.Quliyev vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top