Əlavə təhsil almaq istəyənlər üçün qəbul elanı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əlavə təhsil almaq istəyənlər üçün qəbul elanı

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, 2018/2019-cu tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir:

* Turizm və otelçilik

* Menecment

* Marketinq

* Maliyyə

* Regionşünaslıq(Qafqaz)

* Beynəlxalq münasibətlər

* Sosial iş

* Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

* Nəqliyyat servisi

* Biznesin idarə edilməsi

Universitetdən Economic.az saytına verilən məlumata görə, əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* təhsil müəssisəsi rəhbərinin adına ərizə;

* təhsil haqqını ödəmək haqqında təminatlı müqavilə;

* ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;

* əmək kitabçasından çıxarış;

* şəxsiyyət vəsiqəsinin surəti;

* 3×4 ölçüdə 4 ədəd fotoşəkil.

Sənədlər 08 oktyabr tarixinədək, həftənin I-V günləri saat 10:00-17:00 arası ATMU-nun əsas korpusunda qəbul edilir.

Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul olunur və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.

Təhsil qiyabi formada Azərbaycan və rus dilindədir.

Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedura (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.

Azərbaycan Turizm və Menecment Universiteti K.Rəhimov küç. 822/23-cü məhəllə Tel: (+99412) 012 5644233

AZ 1072, Bakı ş. (+99412) 012 5645411 Email: info@atmu.edu.az

URL: www.atmu.edu.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top