Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb

Bakı, 23 iyun, AZƏRTAC

Ekvador hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokaini müsadirə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə polisi X sosial hesabında məlumat yayıb.

“El-Oro limanında ixrac üçün malların olduğu konteynerə baxış zamanı İspaniyaya göndərilmək üzrə olan 1950 düzbucaqlı bağlamada kokain aşkar edilib”, – məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, müsadirə edilən yük “19 milyon doza narkotik”ə bərabərdir. Konteynerin yoxlanılması nəticəsində bir nəfər saxlanılıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top