MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Без названия

Əkrəm Həsənov: MBNP böhran şəraitində yaradılması cəsarətli addımdır amma…

Bu gün bank sektorunun sağlamlaşdırılması üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür.

Bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası bu gün hansı tədbirləri görür ?

Palatanın yaranmasının nə kimi xeyiri oldu ?

Bu suallarla economic.az ekspert Əkrəm Həsənova müraciət etdi.

“Mərkəzi Bank tərəfindən bank nəzarətinin həyata keçirilməsi onun hüquqi təbiətinə uyğun deyil və əsas məqsədinə ziddir. Belə ki, Mərkəzi Bankın əsas məqsədi qiymətlərin sabitliyidir. Başqa sözlə, manatın sabitliyi. Mərkəzi Bank milli valyutanın inhisarçı emitenti olduğu üçün onun dəyərini də qorumalıdır. Bank nəzarətinin məqsədi isə bank sisteminin sabitliyidir. Elə vəziyyət yarana bilər ki, Mərkəzi Bank milli valyutanın sabitliyi naminə kreditləşdirməni azaltmaldır, amma bank sisteminin sabitliyi naminə, əksinə, artırmalıdır”.

Ekspert onuda qeyd etdi ki, ümumən Mərkəzi Bank ilk növbədə bankdır və bank kimi fəaliyyət göstərməlidir. Nəzarət onun işi deyil. Qabaqcıl ölkələrin çoxunda da bu, belədir. Digər tərəfdən, maliyyə sektoru (bank, sığorta və fond bazarları) sıx bağlı olduğu üçün onun üzərində vahid nəzarətçi olmalıdır. Bu isə Mərkəzi Bank ola bilməz, çünki o, yalnız bank sisteminin tərkib hissəsidir. Buna görə müstəqil vahid qurumun, bizim halda Palatanın yaradılması labüd idi. Sadəcə gecikmiş addım oldu. İnkişaf dövründə yaradılması daha yaxşı olardı. Böhran şəraitində yaradılması cəsarətli addımdır əlbəttə, amma işləməsi çox çətindir. Bununla belə, hər bir hada Palata bankara qarşı daha sərtdir. Hüquqi tənzimlənməsi hələ xeyli təkmilləşdirilməlidir əlbəttə. Məsələn, dövlət büdcəsi hesabına deyil, nəzarət etdiyi qurumlar hesabına maliyyələşdirilməsini mən yerli şəraitdə məqsədəuyğun hesab etmirəm, çünki asılı vəziyyətə düşür.

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top