MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Temiz_Sheher

Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı həyata keçirilib

Economic-ə verilən məlumata görə, Mayın 5-də BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) ilk iclasının iştirakçıları Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının iş prosesi ilə tanış olmuşlar.

Qonaqlara zavodların fəaliyyəti və onların ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu barədə məlumat verilib. Bildirilib ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilib. İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisələrdən olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ən sərt beynəlxalq ekoloji sstandartlara cavab verir.

Müasir avadanlıq əsasında qurulan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunun illik istehsal gücü isə 200 min tondur. Bu müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan yaradır. Müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılır, tullantıların ümumi həcmi azaldılır, bu da ucuz xammal bazarının formalaşmasına, təkrar emal sahəsinin genişlənməsinə xidmət edir.

“Təmiz Şəhər” ASC-nin mütəxəssisləri qonaqlara Bakı şəhərində bərk məişət tullantılarının emalı və zərərsizləşdirilməsi, “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə qurulan Balaxanı Sənaye Parkında sahibkarlar üçün yaradılmış şərait və imkanlar haqqında məlumat veriblər.

Qonaqlar Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində  əldə olunan nailiyyətlərdən məmnunluq ifadə ediblər

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top