MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Göy-göl

Ekoloji təmiz kənd təsərrüfatının inkişafına dair treninq keçirilib

Mayın 26-da Göygöldə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, bu sahədə beynəlxalq təcrübə, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top