
“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasına sədr seçilib
AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində “Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclası keçirilib.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir. Ölkənin regionları arasında özünün əlverişli şəraiti baxımından Şəki-Zaqatala regionu bu sahənin inkişafı üçün daha böyük üstünlüklərə malikdir.
Şəki-Zaqatala regionunda ekoloji təmiz istehsal sahələrinin yaradılması və inkişafı prosesini gücləndirmək üçün ilk növbədə əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və potensial məhsul istehsalçılarının təlimlərə cəlb olunması çox mühüm məsələdir.
Bu məqsədə nail olmaq üçün AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin nəzdində ekoloji arıçılıq, ekoloji heyvandarlıq və ekoloji əkinçilik istiqamətləri üzrə yüksək ixtisaslı mütəxəssislərin, peşəkar fermerlərin iştirakı ilə Məşvərət Şuraları yaradılmışdır. Məşvərət Şuralarının bilavasitə dəstəyi ilə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşə yönümlü məsləhətlərin verilməsi və innovativ texnologiyaların tətbiqi üzrə müasir informasiyanın vaxtlı-vaxtında çatdırılması işlərinin gücləndirilməsi nəzərdə tutulur.
“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının ötən gün iclası keçirilərək onun iş proqramı təsdiq edilib. Azərbaycan Arıçılar Assosiasiyasının Prezidenti Bədrəddin Həsrətov Məşvərət Şurasının sədri seçilib.
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]