Əhali pullarını əsasən hansı məhsullara xərcləyir? - STATİSTİKA - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əhali pullarını əsasən hansı məhsullara xərcləyir? – STATİSTİKA

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda əhalinin pullarını hansı məhsullara xərclədiyi məlum olub.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ümumilikdə 2020-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 milyard 567,2 milyon manatlıq, o cümlədən 7 milyard 827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top