
ƏƏSMN-in sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir
Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən dövlət sosial xidmət, reabilitasiya müəssisələri və peşə hazırlığı mərkəzləri əsasında da publik hüquqi şəxslər yaradılacaq.
“Economic” in məlumatına görə, fərmanda verilən tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələri əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslərin yaradılması təmin olunacaq. Həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə aid peşə hazırlığı mərkəzləri əsasında Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid reabilitasiya müəssisələri əsasında isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslər formalaşacaq.
Bu məqsədlə Nazirlik iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edəcək.
Qeyd edilən müəssisələrin publik hüquqi şəxslərə çevrilməsi onların fəaliyyətinin inkişafına və fuksiyalarının genişlənməinə, nəticə etibarilə əhaliyə göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]