
40-dək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılıb
Azərbaycanda 40-dək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.
“İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşürlər və materiallar paylanılır. Bununla yanaşı, yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçiləri İqtisadiyyat Nazirliyində olur və onlara MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir. Ümumiyyətlə, həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, indiyədək 40-dək MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
-
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
-
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]