MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

950557

Əbu-Dabi Azərbaycanı “Yaşıl siyahı”ya əlavə edib

Azərbaycan Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan “Yaşıl siyahı”sına əlavə edilib.

Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər.

Mayın 23-ü yenilənən “Yaşıl siyahı”ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki “Yaşıl siyahı” ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib.

Mədəniyyət və Turizm Departamenti “Yaşıl siyahı”nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir. Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top