![](http://economic.az/uploads/2024/06/17180190922342724249_1200x630.jpg)
DYP isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Bakı, 10 iyun, AZƏRTAC
Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması avtonəqliyyat vasitələrinin istismarına və sürücülərin səhhətinə təsirsiz ötüşmür. Mütəxəssislərin qeyd etdiyi kimi, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır və bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində deyilir: “Bunları nəzərə alaraq, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırırıq”.
Müraciətdə sərnişinlərə isti havalarda sürücünün əhvali-ruhiyyəsinə diqqət yetirmək, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss edəndə hərəkətin dayandırılmasına çalışmaq tövsiyə olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]