Dünyanın ən yüksək məvacib alan məşhurlarının siyahısı açıqlandı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dünyanın ən yüksək məvacib alan məşhurlarının siyahısı açıqlandı

Dünyanın ən yüksək məvacib alan məşhurlarının siyahısına bu il 590 milyon ABŞ dolları alan amerikalı model, media siması Kayli Cenner başçılıq edir.

İkinci yeri 170 milyon ABŞ dolları ilə amerikalı müğənni və bəstəkar Kanie Uest, üçüncü yeri 106,3 milyon dollarla isveçrəli tennisçi Rocer Federer tutur.

Sonrakı sıralarda 105 milyon ABŞ dolları ilə braziliyalı Kristiano Ronaldo və 104 milyon ABŞ dolları ilə argentinalı Lionel Messi kimi futbolçular yer alıb. Onların ardınca 97 milyon ABŞ dolları ilə amerikalı aktyor Tayler Perri95 milyonla braziliyalı futbolçu Neymar90 milyonla radio aparıcısı Hovard Stern, 88,2 milyonla NBA ulduzu LeBron James87,5 milyonla aktyor Duayn Conson gəlir.

Bütövlükdə siyahıdakılar 6,1 milyard ABŞ dolları qazanıblar. Bu da ötən ilin müvafiq dövrünün bənzər rəqəmindən 200 milyon ABŞ dolları azdır.

Report. Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top