MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Atlanta aeroportu..

Dünyanın ən çox sərnişin daşınan hava limanı ABŞ-dadır

Dünyanın ən çox sərnişin daşınan hava limanı ABŞ-ın Atlanta ştatındakı Harstfil-Cekson aeroportudur.

Bu barədə Beynəlxalq Hava Limanları Şurasının məlumatında deyilir. Məlumata əsasən, Atlanta aeroportu keçən il 101 milyona yaxın sərnişin daşıyıb. 2014-cü ildə isə bu göstərici 96 milyon olub.

Reytinq cədvəlində ikinci pilləni Pekin aeroportu tutur. Aeroport 2014-cü ildə 86 milyon sərnişin daşıdığı halda 2015-ci ildə bu rəqəmi artıraraq 89 milyona çatdırıb. Altıncı pillədən üçüncü pilləyə irəliləyən Dubay aeroportu isə sərnişin daşınmasında 10,7 faiz irəliləmə əldə edib.

Qeyd edək ki, ötən il 2014-cü illə müqayisədə hava nəqliyyatı vasitəsi ilə 6,1 faiz daha çox sərnişin daşınıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top