
Dünyanın ən bahalı təyyarəsi hazırlanır
“Bloomberg” agentliyinin yaydığı məlumata görə, “Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil qırıcı indiyədək istehsal edilmiş ən bahalı təyyarə olacaq.
Bildirilir ki, yeni təyyarə “Lockheed Martin” şirkəti tərəfindən ABŞ hərbi hava qüvvələri üçün hazırlanmış “F-22 Raptor” qırıcılarını əvəz edəcək.
Proqrama 2010-cu illərin əvvəllərində start verilib. Ötən ilin sentyabr ayında tam miqyaslı prototipin ilk uçuşu baş tutub. F-22-nin NGAD qırıcıları ilə dəyişdirilməsi 2030-cu illərdə başlayacaq. Yeni təyyarənin pilotsuz versiyası da olacaq.
“Popular Mechanics”in rəyinə görə, 77 milyon dollarlıq “F-35”-lərlə müqayisədə, yeni qırıcının qiyməti 200-300 milyon dollar arasında olacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ və müttəfiqləri ərzaq böhranına cavab hazırlayır
Baydenin sözlərinə görə, böhranı Rusiya daha da gücləndirir ABŞ Ukraynada gedən müharibə fonunda yaranan ərzaq […]
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,21% azalaraq 1,0669 dollar təşkil edib Mayın 23-də Amerika […]
-
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]