MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Barcelona's Brazilian forward Neymar da Silva Santos Junior kisses a ball after scoring a hat-trick during the UEFA Champions League Group H football match FC Barcelona vs Celtic FC at the Camp Nou stadium in Barcelona on December 11, 2013. AFP PHOTO/ JOSEP LAGO (Photo credit should read JOSEP LAGO/AFP/Getty Images)

Dünyanın ən bahalı futbolçuları reytinqinə Braziliyalı başçılıq edir

Braziliyalı Neymar Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən formalaşdırılan transfer dəyəri yüksək olan futbolçuların reytinqinə başçılıq edir.

“Barselona”nın hücumçusunun qiyməti 246,8 mln. avroya çatır.

O, reytinqdə ikinci yeri tutan komanda yoldaşı Lionel Messini təqribən 75 mln. avro geridə qoyub. Siyahıda üçüncü yeri “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqba tutub. Mütəxəssislər onun qiymətini 155,3 milyon avro dəyərində qiymətləndiriblər.

Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldu yeddinci yerdə qərarlaşıb və onun transfer qiyməti 126, 5 mln. avro qiymətləndirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top