MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Windows-10-Wallpaper-Keren

Dünyada fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi “Windows 10” ola bilər

“Windows 10” dünyada fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olmağa yaxındır. Ehtimal ki, 2018-ci ilin sonunda sözügedən sistem lider olacaq.

“NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin noyabrına olan vəziyyətə görə, dünyada masaüstü kompüter və noutbukların 38,14%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, halbuki “Windows 7” platformasının bazar payı azalmağa davam edir və indi 38,89% təşkil edir.

4,59% göstəriciyə malik “Windows 8.1” sistemi üçüncü yerdə qərarlaşıb, “Windows XP” (4,23%) isə dördüncü olub. Fərdi kompüterlərin təxminən 0,3%-i “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Bir il bundan əvvəl “Microsoft”un nümayəndəsi məlumat vermişdi ki, 600 milyon qurğu “Windows 10” sisteminin idarəetməsi altında işləyir.

ICTnews

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top