Dünya iynənin ucunda: Mikrofotoqrafiya müsabiqəsinin qalibləri açıqlandı – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dünya iynənin ucunda: Mikrofotoqrafiya müsabiqəsinin qalibləri açıqlandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il keçirilən “Nikon Small World” mikrofotoqrafik müsabiqəsinin qalibləri açıqlanıb.

Təqdim olunan möhtəşəm görüntülərdə ətrafımızdakı kiçik gizli kainatın möcüzəsi əks olunub. Qeyd edək ki, fotolar təkcə gözəlliyinə görə deyil, həm də elmi əhəmiyyətinə görə önəmlidirlər.

Builki qalib foto Hassanain Kambari və Ceyden Dikson tərəfindən çəkilib. Fotoda gəmiricinin göz sinirinin ucu qeydə alınıb.

İkinci yerə Ole Bielfeldtin kibritin yandığını göstərən fotosu layiq görülüb. Foto saniyənin səkkiz mində birini göstərir və gündəlik əşyaya bənzərsiz bir görünüş verir.

Üçüncü yerə isə mərkəzdə qəribə ürək forması olan döş xərçəngi hüceyrələrinin mikroskopik portretinə görə Malgojata Lisovski layiq görülüb.

Mənbə: Nauka

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top