
Dünya çempionatı: Azərbaycan şahmatçıları bu gün Rusiya ilə qarşılaşacaq
Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün Azərbaycan millisi VI tur matçına çıxacaq.
Economic.az “Report”a istinadən xəbər verir ki, rəqib Rusiya yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Rusiyanı isə Sergey Karyakin, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin və Vladislav Artemyov təmsil edir.
Bu gün İran – İngiltərə, Hindistan – Qazaxıstan, İsveç – ABŞ və Misir – Çin görüşləri də keçiriləcək.
Qeyd edək ki, 5 turdan sonra Rusiya 9 xalla liderdir. Hindistan və İngiltərə hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür. 6 xala malik ABŞ 4-cü pillədə qərarlaşıb. Hərəyə 5 xalı olan Çin və İran 5-6-cı, 4 xal toplayan Qazaxıstan və İsveç 7-8-ci mövqelərdədir. Azərbaycan 3 xalla 9-cudursa, xalı olmayan Misir sonuncudur.
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]