
Dünya Bankı Ukraynaya əlavə maliyyə yardımı ayıracaq
Dünən Dünya Bankının prezidenti Devid Melpas onlayn konfrans keçirib və orada bildirib ki, başçılıq etdiyi qurum qarşıdakı 6-8 həftə ərzində Ukraynaya 3 milyard ABŞ dolları məbləğində yardımı təsdiq edə bilər. Bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.
Bir çox təhlilçilər hesab edirlər ki, Rusiyaya qarşı sərt iqtisadi və maliyyə sanksiyalarının tətbiq olunması dünya iqtisadiyyatını yenidən böhran həddinə gətirə bilər. Lakin Devid Malpasın sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların dünya iqtisadiyyatına təsiri Ukraynadakı vəziyyətdən aslı olacaq.
Dünya Bankının rəhbəri hesab edir ki, Ukraynadakı xüsusi hərbi əməliyyat hazırda qlobal ÜDM-in birbaşa qısamüddətli təsirlə üzləşməsinə gətirib çıxarır. Eyni zamanda, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin bu göstəriciyə daha çox təsir edəcəyi bildirilir.
Devid Malpas həmçinin qeyd edib ki, sanksiyalar nəticəsində Rusiyanın milli valyutası olan rubl devalvasiya ola bilər ki, bu da bu ölkənin əhalisinin rifahına mənfi təsir göstərəcək.
BƏNZƏR MƏQALƏLƏR
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]
“Google” xəbərlər üçün saytlara pul ödəyəcək
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək […]
Bu avtomobil şirkəti istehsalı dayandırır
“Volvo Cars” avtomobil şirkəti İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır. İstehsalın dayandırılmasına komponentlərin çatışmazlığı səbəb olub. […]