MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

world bank

Dünya Bankı Azərbaycanda aqrar sığortanın inkişafına dəstək verməyə hazırdır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının (DB) maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Economic.Az bildirir ki, “Report”un Palataya istinadən verdiyi xəbərə görə, görüşdə əsasən DB-nin Azərbaycanda həyata keçirdiyi “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi”nin gedişi ətrafında müzakirələr aparılıb. Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsinin hazırlandığını söyləyən R.Behrndtin Dünya Bankı Qrupunun aqrar sığortanın inkişafı üzrə dəstək göstərməyə hazır olduğunu bildirib. Həmçinin qeyd edilb ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.

DB ilə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının çox səmərəli və işgüzar əlaqələr qurulduğunu bildirən R.Aslanlı özəl kredit bürolarının yaradılmasında maraqlı olduqlarını və gələcəkdə bu bürolarda toplanacaq məlumatların bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsində dəstək olacağını qeyd edib.

Görüşdə, həmçinin “Azərpoçt” tərəfindən maliyyə xidmətlərinin göstərilməsi layihəsinin gedişi və MBNP ilə DB arasında sığorta sektorunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top